Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ ilə davam etdirilən F-16 danışıqları ilə bağlı açıqlama verib.
Yenicag.az xəbər verir ki, nazir müzakirələrin müsbət keçdiyini bildirib.
“Müttəfiqimiz ABŞ-nin Türkiyənin F-16 tədarükünü qarşılayacağına inanırıq”, – deyən Akar bildirib ki, müzakirələrin davam etdirilməsi üçün münbit zəmin formalaşıb.