Türkiyə İranı PKK-ya qarşı münasibətinə görə tənqid edib.
Yenicag.az xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İranın PKK terror təşkilatına qarşı kifayət qədər effektiv mübarizə aparmamasından narahatlığını bildirib.
“Təəssüf ki, iranlı dostlarımız PKK terrorçularına bizdən fərqli yanaşır. Müşahidə edib deyirik ki, baxın, oradadırlar, o evdə, bu adamın yaşadığı ünvan budur. Bir müddət sonra İrandan cavab gəlir: “Biz bu ünvanı axtardıq, orada belə bir adam yoxdur”. Təbii ki, bu yolverilməzdir”.
Gülər vurğulayıb ki, problemlərə baxmayaraq, Türkiyə İranı özünün əbədi dostu və qonşusu hesab etməkdə davam edir.
“Bizim dostluğumuz, əlbəttə ki, əbədidir. İnanıram ki, iranlı dostlarımız, həqiqətən də, PKK ilə problem yaşayacaqlarını anlayırlar, lakin ümid edirəm ki, həll yolu tapacaqlar”, – deyə nazir əlavə edib.
Rafi Müslümov