Türkiyədən İraqda genişmiqyaslı əməliyyat – Terrorçular zərərsizləşdirildi

Türkiyə Hərbi Hava Qüvvələri İraqın Avaşin, Metina və Zap rayonlarında PKK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində azı 8 terrorçu zərərsizləşdirilib, terror təşkilatının dayaq nöqtələri məhv edilib.

Qeyd edək ki, son günlərdə Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında müntəzəm əməliyyatlar keçirir.