Türkiyədən Kipr məsələsinə sərt xəbərdarlıq: “Nə səlahiyyətləri, nə sözləri var”

Onların nə səlahiyyətləri, nə də deyəcəkləri sözləri var.

Yenicag.az xəbər verir ki, bunu yaşanan Kipr problemindən danışarkən Türkiyə XİN sözçüsü Hami Aksoy bildirib.

Qeyd edək ki, Nyu Yorkda Yunanıstan, Misir və Cənubi Kipr nümayəndələri birgə görüş keçirib. Görüşdən dərhal sonra Türkiyə əleyhinə fikirlər səsləndiriblər.

Buna qarşılıq olaraq Hami Aksoy qeyd edib:

“Onlar sadəcə region ölkələridir. Bu ölkələrin dənizdə və Kipr məsələsində söz demək üçün nə səlahiyyətləri, nə məsuliyyətləri var”.