Türkiyədən Məkkəyə yeni marşrut xətti – Sevakin adası

Osmanlı imperatorluğunun 400 illik Sevakin adası Türkiyənin Məkkəyə açılan qapısı olacaq.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çaddan Tunisə səfər edərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. O, Sevakin adası barədə bunları deyib:

“Biz Sevakin adasını onlardan istədik, onlar da qəbul etdi. Əgər layihələrimiz uğurla həyata keçirilərsə, turizmdə böyük addımlar atmış olacağıq. Türkiyədən ümrə ziyarətinə Sevakin adası vasitəsilə getmək olar. Buraya qədər təyyarə ilə burdan sonra isə dəniz yolu ilə qarşı tərəfə keçmək mümkündür”.

Beləliklə, Türkiyədə ümrə ziyarəti etmək istəyənlər Məkkəyə yeni marşrutla gedə biləcəklər.

COP29