“Danışıqlarda irəliləyiş əldə olunarsa, Rusiya prezidenti Putin və Ukrayna lideri Zelenski Türkiyədə görüşmək barədə həmfikirdirlər”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Danışıqların hazırkı mərhələsində geniş mətn var. Bundan başqa, liderlər arasında hələ də arxa qapı diplomatiyası işləyir. Biz o prosesdə də birgə bəyannamə layihəsinin olduğunu görürük”, – türkiyəli nazir deyib.