!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədən Naxçıvanın atəşə tutulmasına – Sərt reaksiya

!Reklam – Yazi

f5551d9330db15_5551d9330db53Türkiyə Ermənistan ordusunun Naxçıvanı atəşə tutmasına və Dağlıq Qarabağdakı son vəziyyətə münasibət bildirib.

Yenicag.az-ın ans press-ə istinadən məlumatına görə, bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında bildirib ki, atəşkəsin yenidən pozulmayacağına ümid edirik.

“Azərbaycan və Türkiyə bu münaqişənin sülh yolu ilə həll ediməsini istəyir. ATƏT-in Minsk qrupu istəsə bu məsələni bir həftədə həll edər. Amma onlar addım atmırlar. Ermənistan Azərbaycan torpaqlarının 20%-i işğal altında saxlayır”.

Çavuşoğlu Ermənistan ordusunun Naxçıvanı atəşə tutmasını çox ciddi pozuntu adladırıb.

O, deyib ki, Ermənistan Naxçıvanı atəşə tutumaqla təxribat axtarışında olduğunu göstərir. “Azərbaycan bu məsələdə çox səbrli davranır”.

Azərbaycan və Ermənistan arasında baş verən 4 günlük gərgin döyüşlərdən sonra aprelin 5-də atəşkəs əldə olundu. Amma Ermənistan ordusu razılaşmaya əməl etməyərək, Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqelərini atəşə tutmuşdu.

Amma Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə qarşı tərəfi susdurmuşdu.

Hazırda Türkiyənin Naxçıvanla bağlı həssas davranması təsadüfi deyil. Çünki 1921-ci ildə Türkiyə və Rusiya arasında əldə olunan Qars razılaşmasına əsasən rəsmi Ankara Naxçıvana qarşı xarici müdaxilə baş verdiyi halda ona qarşı cavab vermək hüququna malikdir. Həmin vaxt Naxçıvan və Şərur rayonlarına erməni iddiaları Türkiyənin qəti mövqeyi və vetosu ilə rədd edildi.

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv