Türkiyədən qaçaqmalçılıqla gətirilən xəz kürklər saxlanıldı – VİDEO

Gömrükçülər külli miqdarda xəz geyiminin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Bu barədə Yenicag.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə xəz geyimlərinin Türkiyədən qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikasına, oradan isə hava nəqliyyatı vasitəsilə Bakı şəhərinə gətirilməsi haqqında əməliyyat məlumatı daxil olub.

Bu məlumat əsasında, Naxçıvan-Bakı aviareysilə gələn yükü qarşılayan Azərbaycan vətəndaşı Cehrun Əliyev gömrük əməkdaşları tərəfindən nəzarətə götürülüb. Vətəndaş həmin aviareyslə gələn baqajı qəbul edərkən saxlanılıb. Üç ədəd qutu və iki ədəd çantadan ibarət olan baqaj yoxlanılarkən cəmi 64 ədəd müxtəlif etiketli xəz kürklər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.