Türkiyə Qırğızıstandakı səfirliyi bu ölkədə olan vətəndaşlarına xəbərdarlıq edib.
Yenicag.az xəbər verir ki, səfirlik Türkiyə vətəndaşlarını aksiya olan ərazilərə və əyləncə mərkəzlərinə getməməyi tövsiyə edib.
Qeyd edək ki,mayın 17-dən 18-nə keçən gecə Qırğızıstanın paytaxtında hostellərdən birində yerli sakinlərlə əcnəbilər arasında yaranmış münaqişə səbəbindən kortəbii etiraz aksiyası başlayıb.