Xəbər verdiyimiz kimi, mahnılarında narkotiki təbliğ etdiyi üçün Türkiyədən deportasiya edilən reper Asya Əlizadə Bakıya gəlib.
O, bir neçə gün əvvəl paytaxtda məkanların birində səhnəyə çıxıb
Yenicag.az Axşam.az-a istinadən xəbər verir ki, gecədən yayılan video qalmaqala səbəb olub. Belə ki, reper səhnəyə çıxaraq tamaşaçıları təhqiramiz formada salamlayıb.
O, səhnədə “mən, çantam və… (qeyri-etik ifadə) sizi salamlayırıq” sözlərini deyib.