Türkiyədən Səudiyyə Ərəbistanına şans: Camal Qaşıqçının itməsini birgə araşdıracaqlar

Türkiyə və Səudiyyə Ərəbistanı Camal Qaşıqçı hadisəsini birlikdə araşdıracaq.

Yenicag.az xəbər verir ki, bu barədə yayılan xəbərləri hər iki ölkənin Xarici İşlər Nazirlikləri təsdiqləyib.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yüksək səviyyəli diplomatlarından biri məsələnin araşdırılması üçün ortaq işçi qrupunun yaradılmasının təklif edildiyini deyib: “Qardaş Türkiyənin Camal Qaşıqçı hadisəsini araşdırmaq üçün iki ölkənin mütəxəssislərindən ibarət ortaq qrupun yaradılması istiqamətində Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülən təklifi müsbət qarşılamasından məmnuniyyət duyuruq. Əminik ki, birgə işçi qrupu üzərinə düşən vəzifəni ən yaxşı şəkildə həyata keçirəcək”.

Bəyanatda qeyd olunub ki, Səudiyyə Ərəbistanı yaşadıqları yerdən asılı olmayaraq vətəndaşlarının həyatı və təhlükəsizliyinə böyük əhəmiyyət verir.

Türkiyə Prezidenti sözçüsü İbrahim Kalın Qaşıqçı hadisəsinin araşdırılması ilə bağlı işçi qrupunun yaradılması barədə qərar qəbul edildiyini təsdiqləyib: “Səudiyyə Ərəbistanının təklifi əsasında jurnalist Camal Qaşıqçı hadisəsinin araşdırılması məqsədi ilə ortaq iş qrupu yaradılması qərarlaşdırılıb”.

Həşim Səhrablı

COP29