Türkiyədən sifarişlərinizi Limak ən ucuz qiymətlərlə çatdırır!

“Limak VM” sürətli poçtdaşıma və kuryer şirkəti fəaliyyətə başlayıb. Şirkətin əsas məqsədi, ölkə daxilində və xaricində sürətli yükdaşımasını həyata keçirmək, müştərilərin məmnuniyyətini təmin etmək, onlara daha peşəkar və operativ xidmət təklif etməkdir.

Yenicag.az xəbər verir ki, “Limak VM” MMC fiziki və hüquqi şəxslərin xaricdən sifariş etdikləri yükləri xaricdəki anbarlarına qəbul edir, onların Azərbaycana daşınıb, müştəriyə təhvil verilməsini təmin edir.

Qeyd edək ki, Limak hazırda müştərilərə ən ucuz daşıma qiymətləri təklif edən şirkətdir. Bu isə müştərilərin xidmətdən daha çox itifadə etmək imkanı deməkdir.

Hələlik yalnız Türkiyədən daşıma xidməti göstərən şirkət öz www.limak.az saytında partnyoru vasitəsilə müştərilərinə Türkiyənin beynəlxalq hesab kartlarını qəbul etməyən online mağazalarından alış-veriş etməyə də dəstək göstərir.

Şirkət, həmçinin, peşəkar müştəri xidmətləri komandasına malikdir. Müştərilər “online danış” xidməti vasitəsilə müştəri xidmətləri ilə online əlaqə saxlaya, *9595 çağrı mərkəzinə suallarını ünvanlaya bilərlər.

Xidmətlərlə bağlı daha geniş məlumatı www.limak.az saytı vasitəsilə əldə etmək olar.

“Limak VM” MMC hər zaman sifarişçinin yanındadır!

COP29