“Abdullah Öcalanın çağırışından sonra PKK-nın silahı yer qoyması mühüm hadisədir və bunun baş verməsinin ciddi səbəbləri var”.
Bunu Yenicag.az-la söhbətində Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Millət vəkili ötən ay PKK-nın 26 ildir ki, İmralıda həbsdə yatan lideri Abdullah Öcalanın terror qruplaşmasına silahı yerə qoyması ilə bağlı çağırışından sonra baş verən prosesləri şərh edib.
C. Məmmədoq diqqətə çatdırıb ki, Türkiyə dövləti tarixi dövrü yaşayır və tarixi bir mərhələyə qədəm qoyub:
“Artıq çağırış edilib və inanıram ki, PKK-çılar terrorun, müharibənin, qarşıdurmanın heç bir fayda və nəticə verməyəcəyini anlayaraq atəşə, silahlı mübarizəyə son qoyacaqlar. Təbii ki, bəzi dövlətlər Türkiyəni zəiflətmək üçün bu prosesə mane olmağa çalışacaqlar. Amma hesab edirəm ki, mane ola bilməyəcəklər və beləliklə, Türkiyə qarşısına bütün hədəf və məqsədlərə mərhələli şəkildə nail olacaq. Yəni bu gün Türkiyəni böyük uğurlar və nailiyyətlər gözləyir deyə bilərik”.
Rafi Müslümov