Türkiyədən təxliyə edilən vətəndaşlarımızın sayı – AÇIQLANDI

“Azərbaycan tərəfindən vətəndaşlarımızın təxliyə prosesi davam edir”.

Bu barədə Yenicag.az-a Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Rəsmi məlumata görə, təxliyə prosesinin problemsiz həyata keçirilməsi məqsədilə Səfirliyin və Səfirlik nəzdindəki Hərbi Attaşelik aparatının bir qrup əməkdaşı zəlzələ bölgəsinə ezam olunub:

“Fevralın 7-də zəlzələdən zərər çəkmiş 12 vilayətdən 5 avtobus vasitəsilə 205 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları quru yolu ilə Gürcüstan üzərindən Azərbaycana yola salınıb. Bu gün də çox sayda vətəndaşımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir. Artıq 201 nəfər Azərbaycan vətəndaşı Türkiyənin Qaziantep, Malatya, Adana, Diyarbəkir, Kahramanmaraş, Elazığ bölgələrindən təxliyə olunub. Aralarında 3-4 nəfər də Türkiyə vətəndaşı olmaqla təxliyə edilənlər avtobuslarla Gürcüstan sərhədinə yola düşüblər. Bu istiqamətdə əlavə tədbirlər davam etdirilir”, – deyə məlumatda qeyd olunub.