Türkiyədə koronavirusla bağlı son rəqəmlər açıqlanıb.
Yenicag.az ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, iyulun 5-də 4 min 678 nəfərdə COVID-19 aşkarlanıb.
Sutka ərzində 4 min 735 nəfər sağalıb, 35 nəfər isə vəfat edib.
Qeyd edilən ölüm sayı 2020-ci ilin avqustundan bu yana ən aşağı vəfat sayıdır.