Türkiyədən Yunanıstan, İsrail və Avropa İttifaqına NOTA

Türkiyə Yunanıstan, İsrail və Avropa İttifaqına Aralıq dənizinin şərq hissəsində Türkiyədən icazəsiz aparılması nəzərdə tutulan fəaliyyətlərlə bağlı nota verib.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, martın 8-də Yunanıstan, Kipr Respublikası və İsrail arasında ortaq elektrik bağlantısının qurulması üzrə “EuroAsia Interconnector” layihəsinə dair müqavilə imzalanıb.

Layihənin Avropa İttifaqının dəstəyilə həyata keçiriləcəyi bildirilib.