Terror təşkilatı PKK-nın sözdə kəşfiyyatçısı Cəlal Kaya İraqda zərərsizləşdirilib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilir ki, məhv edilən terrorçu türkiyəli diplomat Osman Kösenin şəhid olduğu hücumun təşəbbüskarı imiş.
Qeyd edək ki, diplomat Osman Kösenin 17 iyul 2019-cu ildə Ərbildə PKK hücumu nəticəsində şəhid olub.