Türkiyədə avtomobil qəzası nəticəsində 16 yaşlı futbolçu həlak olub.
Yenicag.az xəbər verir ki, söhbət qardaş ölkənin aşağı liqasında çıxış edən “Sinopspor”un U-16 komandasının Tolunay Anaçdan gedir.
Yolda hərəkətdə olan zaman sürücüsü müəyyənləşdirilməyən avtomobil futbolçu və dostu Fuat Karaaslanın mindiyi motosikletə çırpılıb. Hadisə nəticəsində futbolçu dünyasını dəyişib, dostu isə yaralanıb.