Türkiyəli futbolçudan şok foto – Terrorçulara dəstək oldu

foto1-266Türkiyə 2-ci liqasında mübarizə aparan “Amedspor” klubunun futbolçusu Abdullah Çətin qalmaqallı paylaşımla yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, o, “İnstagram” hesabında PKK terror təşkilatının istifadə etdiyi kalaşnikovla şəklini paylaşıb.

Belə ki, Çətin Türkiyə ordusunun Liçe əyalətində PKK-ya qarşı aparılan əməliyyatlarda terrorçulara dəstəyini bildirən yazı da paylaşıb: “Liçe bizim üçün səsini çıxarmaz. Liçe yatanı oyandırmağa çalışmaz. Çünki heç birinə ehtiyacı yoxdur. Liçe acılarla güc qazanar və yenilməz. Kimsəyə dəxli yoxdur”.

Bu paylaşımlardan sonra etirazlarla qarşılanan futbolçu onu silməyə məcbur olub.

Türkiyəli futbolçudan şok foto -  Terrorçulara dəstək oldu