Türkiyənin “Başakşehir” klubunun kapitanı Emre Belözoğlu həyat yoldaşına bahalı hədiyyə alıb.
Yenicag.az xəbər verir ki, o, xanımının üçüncü övladını dünyaya gətirməsi səbəbiylə həyat yoldaşı Tuğba Belözoğluya 3 milyon TL dəyərində yaxta hədiyyə edib. Cütlük üçüncü övladına Leyla adını verib.
Qeyd edək ki, ulduz futbolçu bundan əvvəl də həyat yoldaşına 2.5 milyon dollar məbləğində villa almışdı.
2009-cu ildə ailə quran cütlüyün, Ömər Akif adında bir oğlan, Zeynəb Neda və Leyla adında qız övladları var.