!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli futbolçuyla nişanlanan transın əvvəlki işi - VİDEO

!Reklam – Yazi

Türkiyəli “İnstagram” fenomeni Selin Ciğərci cinsiyyətini dəyişmədən əvvəl taksi sürücüsü olduğunu etiraf edib.

Yenicag.az xəbər verir ki, cinsiyyətini dəyişdirərək qadın olan, “İnstagram”da tanınıb, sevilən və minlərlə izləyicisi olan Selin Ciğərci sosial mediada ona ünvanlanan sualları cavablandırıb. Məşhur fenomen ailəsi ilə münasibətlərinin pis olduğu vaxtlarda taksi sürdüyünü deyib.

Ciğərci izləyicisinin soruşduğu sualı belə cavablandırıb: “24 yaşımda 2 il vokallıq etmişəm. Hansı müğənninin vokalı olduğumu daha sonra açıqlayacağam. Bir il Nişantaşında mağazada işlədim. Bir il yarım isə taksi sürmüşəm. O dönəm ailəmlə aram yaxşı deyildi”.

Qeyd edək ki, suallara səmimi cavab verdiyinə görə izləyiciləri ona “Bax buna görə çox sevilirsən” deyib.
Onu da bildirək ki, bir müddət öncə 2 illik sevgilisi olan Türkiyəli futbolçu Gökhan Çıranın evlilik təklifinə müsbət cavab verən Selin Ciğərci hazırda toya hazırlaşır.

www.yenicag.az

4476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv