FİFA DÇ-2018-də iştirak edəcək hakimlərin siyahısını açıqlayıb.
Yenicag.az xəbər verir ki, türkiyəli hakim Cüneyt Çakır və kollektivi Rusiyada təşkil olunan dünya çempionatında iştirak edəcək 36 hakimdən biri olub. C.Çakır köməkçiləri – Bahatdin Duran və Tarık Ongunla birgə bu çempionatda ədalət sahibi olacaq.
Qeyd edək ki, dünya çempionatında 46 ölkədən olan hakimlər iştirak edəcək.