Türkiyəli hərbçilər Ali Hərbi Məktəbdə olub

Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Bülent Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, ziyarət zamanı ali hərbi məktəbin komandanlığı ilə görüş keçirilib. Görüşdə məktəbin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətinə dair ətraflı brifinq təqdim edilib.

Nümayəndə heyəti ali hərbi təhsil müəssisəsinin hərbi dəniz fakültəsindəki tədris vəsaiti, maddi-texniki vasitələr, hərbi təyinatlı digər avadanlıqla da tanış olub.

Yeniçağ.az