!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli jurnalist: "Ermənistanın mülki əhalini hədəf alması onun çarəsizliyindən qaynaqlanır" - VİDEO / FOTOLAR

!Reklam – Yazi

Türkiyənin nüfuzlu köşə yazarları Gəncə şəhərində erməni terroru nəticəsində dağılan evlərə baş çəkib.

Yenicag.az xəbər verir ki, Anadolu Yayımçılar Dərnəyinin (AYD) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı, Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) ilə Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) dəstəyi ilə Azərbaycanda olan mətbuat nümayəndələri raketlərin atıldığı ərazilərə baş çəkib.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncə şəhərindəki baş konsulu Zəki Öztürk və millət vəkili Naqif Həmzənin müşayiət etdiyi heyət raket atılan ərazilərdə əhali ilə də söhbət aparıb.

Türkiyəli jurnalistlərə hadisə barədə ətraflı məlumat verilib, öldürülən günahsız insanların mülki vətəndaşlar olduğu diqqətə çatdırılıb.

Ermənistanın terroruna əyani şahid olan media nümaayəndələri emrəni tərəfinin bu təxribatının beynəlxalq hüquqa zidd olduğunu vurğulayıblar.

jurnalistlərə açıqlama verən “Təqvim” qəzetinin köşə yazarı Əkrəm Qızıltaş Ermənistanın bu addımının çarəsizlikdən qaynaqlandığını qeyd edib.

“Kanal D”nin əməkdaşı Ərcan Gürsəs isə dağıntıların işğalçı dövlətin müharibə cinayəti törətdiyinin isbatı olduğunu söyləyib.

Daha sonra qonaqlar Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın Gəncədəki mənzil qərargahını və Nizami Gəncəvinin məqbərisini ziyarət ediblər.

www.yenicag.az

926
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv