Türkiyəli mafioz: “FETÖ Hrant Dinki öldürülməsini mənə təklif etdi”

Mütəşəkkil cinayətkar dəstə yaratmaq ittihamı ilə azadlıqdan məhrum edilən Kürşat Yılmaz “Hrant Dink işi” ilə bağlı dindirilib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Kandira F tipli həbsxanasında dindirilən Kürşat Yılmaz ifadəsində bir sıra maraqlı detallara toxunub.

Məlumata görə, Yılmaz 14 səhifəlik ifadəsində 2007-ci ildə öldürülmüş erməni jurnalist Hrant Dinkin işi ilə bağlı bəzi nüansları açıqlayıb:

“Zabit Ahmet Ş. məni təcili Ankaraya çağırdı və camaatin Ankara imamı İsmail E.-nin mənimlə görüşmək istədiyini dedi. Bildirdi ki, İsmail E. 1 milyard dolları camaatın adına keçirən şəxsdir. İsmail E. Ahmet Ş-nin evinə polkovnik İ.A. ilə birlikdə gəldi.

İsmail E. oteldə erməni jurnalist Hrant Dinkdən danışdı. Mənə FETÖ imamı, camaatın mafiozu olmağı təklif etdi. Dedi ki, Dink burada erməni lobbisi qurmağa çalışır, ölkəni çətin vəziyyətə salır, o adamın öldürülməsi lazımdır. Onu öldürəcək şəxsi təslim edərsən və sənə zərər gəlməz. Həmçinin hicablılara zülm edən ələvi və kommunist məhkəmə təmsilçilərinin də öldürülməsini istədi. Bu təklifi rədd etdikdən sonra mənə və sevgilim Tuğba Özaya tələ qurdular”.

Yeniçağ.Az

COP29