Türkiyəli məşhur idman şərhçisi yol qəzasında öldü

Türkiyəli sabiq basketbolçu və tanınmış idman şərhçisi İsmet Badem Çanakkale şəhərində yol qəzasında ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə onun oğlu Burçin Badem şəxsi “Twitter” hesabından paylaşım edib.

Qeyd edək ki, İsmet Badem Türkiyənin “Beşiktaş” və “Fənərbaxça” klublarında oynayıb. O, idmançı karyerasını başa vurduqdan sonra televiziya proqramlarında şərhçiliyə başlayıb.