Məşhur idman şərhçisinin qəzadan öncəki VİDEOSU

Xəbər verdiyimiz kimi, türkiyəli sabiq basketbolçu və tanınmış idman şərhçisi İsmet Badem Çanakkale şəhərində yol qəzasında ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə onun oğlu Burçin Badem şəxsi “Twitter” hesabından paylaşım edib.

Onun qəzaya düşmədən 1 saat əvvəl çəkilən görüntüsü yayılıb.

Qeyd edək ki, İsmet Badem Türkiyənin “Beşiktaş” və “Fənərbaxça” klublarında oynayıb. O, idmançı karyerasını başa vurduqdan sonra televiziya proqramlarında şərhçiliyə başlayıb.