Türkiyəli məşhur müğənni həbsdən çıxdı

2014-cü ildə narkotik maddə satışına görə həbs olunan türkiyəli müğənni Dəniz Səki azadlığa çıxıb.

Yenicag.az xəbər verir ki, Səki bu müddət ərzində cəzasını Bakırköy qadın həbsxanasında çəkib.

Həbsxana önündən fanatları ilə görüşən 46 yaşlı müğənni mətbuata qısa açıqlama verib: “Sizin üçün çox darıxdım. Bu, çox çətin dövr idi. İki gündən sonra mətbuat konfransı təşkil edəcəm. Hələlik isə dincəlmək istəyirəm”.

Yenicag.az

 

COP29