!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyəli məşqçi: “Azərbaycan futbolçularının emosional zəkaları çox aşağıdır”

!Reklam – Yazi

15730909_1186200644801346_1930785085_nPortuqaliyanın “Boavişta” klubunun heyətində çıxış edən millimizin qapıçısı Kamran Ağayevin Bakıya qayıtmaq istəyi geniş müzakirələrə səbəb olub.

Təcrübəli futbolçu isə Vətənə dönmək istəyini çox lakonik izah edib: atası üçün çox darıxır və ailə qurmaq istəyir. Beləcə, Kamran Ağayev Portuqaliyadakı legioner həyatına son qoymaq niyyətindədir.

Maraqlıdır, Azərbaycanlı futbolçuların xaricdəki karyerası niyə uğursuzluqla bitir? Bu sualı bir zamanlar ölkəmizdə “Turan” klubunun baş məşqçisi olmuş, Türkiyənin məşhur futbol mütəxəssisi Naci Şensoya ünvanladıq. Təcrübəli mütəxəssis Yeniçağ.az-a açıqlamasında bunun səbəbini psixoloji durumla bağlı olduğunu bildirib:

“Bilirsiniz ki, belə bir vəziyyətlə ondan əvvəl legioner həyatını sınayan digər futbolçular da qarşılaşıb. Xüsusilə “Qarabağ”ın, yığmanın əvəzedilməz oyunçusu və kapitanı Rəşad Sadıqov… Onun da aqibəti eyni olmuşdu.
Necə ola bilər ki, Rəşad və Kamran kimiləri öz ölkələrinin klublarında və milli komandada möcüzələr yarada və hər kəsi heyran qoya bilirlər, amma xaricdə eyni performansı və uğuru göstərə bilmirlər?!

Heç nə təsadüfi deyil. Məncə, azərbaycanlı futbolçular peşəkar karyera üçün həddindən artıq romantik və nostalji hislərlə yaşayan insanlardırlar. Buna psixologiyada Eİ (Emotional İnteligence) yəni “Emosional Zəka” deyilir. Azərbaycan futbolçularının da emosional zəkaları çox aşağıdır.

Yəqin bu da onların şairanə bir millət olmasından qaynaqlanır və futboldakı çıxışlarında özünü əks etdirir”.

Aygün İlqarqızı

Yenicag.az

www.yenicag.az

465
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv