!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli millət vəkillərindən Yenicag.az-a - Təbrik

!Reklam – Yazi

Yenicag.az 10 illiyi münasibətiylə ölkə daxilindən və xaricindən təbriklər almağa davam edir.

Leyla Şahin Usta (Ədalət və İnkişaf Partiyasının Konyadan seçilmiş millət vəkili):

“Fikirlərimizi rahatlıqla bölüşdüyümüz əhəmiyyətli bir media qurumunun ildönümünün hər iki qardaş ölkə üçün xeyirli olmasını diləyirəm. Müasir dünyamızda media fərqli fikirlərə hörmətlə yanaşmanın mühim sahəsidir. Yenicag-ın mahiyyəti də bundan ibarətdir. Türkiyədəki prosesləri yaxından izləyərək, dəstəyini əsirgəməyən Yenicag-a minnətdarlığımı bildirirəm.

İlhan Cihaner (Cümhuriyyət Xalq Partiyasının İstanbuldan seçilmiş millət vəkili):

“Bildiyimə görə Yenicag.az FETÖ-nun Azərbaycandakı şəbəkəsinə qarşı qətiyyətlə mübarizə aparan bir media qurumudur. Bu mənəvi ucalıq Türkiyə və dünya üçün böyük əhəmiyyətə malikdir. Yubiley münasibətilə Yenicag-a uğurlar diləyirəm.”

Fatma Benli (Ədalət və İnkişaf Partiyasının İstanbuldan seçilmiş millət vəkili):

“AKP-nin daxildə və xaricdə bütün çətinliklərə sinə gərdiyi mübarizəsində YeniÇağ media qrupunun verdiyi dəstəkdən çox məmnunuq. Biz necə ki bütün dünyanın məzlumlarının yanındayıq, YeniÇağ media qrupu da bizim yanımızdadır. Azərbaycan qədər Türkiyəyə də aid olan YeniÇağ media qrupunun 10-cu ildönümü münasibətilə onları təbrik edir, müqəddəs mübarizələrində bol uğurlar diləyirəm.”

www.yenicag.az

2804
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv