Türkiyəli müğənni həbs olundu – FETÖ-yə görə

Türkiyədə dövlət çevrilişinə cəhd göstərən FETÖ terror təşkilatına maddi yardım göstərdiyi üçün saxlanılan müğənni Atilla Taşla bağlı məhkəmə qərarı açıqlanıb.

Yenicag.az xəbər verir ki, o, FETÖ-yə öz iradəsi ilə maddi yardım göstərməkdə təqsirli bilinərək 3 il 45 günlük həbs cəzasına məhkum edilib.

Məhkəmədə son sözünü deyən Atilla Taş qərara hörmətlə yanaşmaq məcuriyyətində olduğunu bildirib. O, ədalətə güvəndiyini söyləyib.

COP29