Türkiyəli müğənni Zuhal Olcay həbs edilib.
Yenicag.az xəbər verir ki, buna sənətçinin ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməsi səbəb olub.
İstanbul məhkəməsi müğənni barəsində 1 illik həbs qərarı çıxarsa da, sonradan ifaçının cəzası 10 aya endirilib.
Qeyd edək ki, Zuhal Olcay müğənniliklə yanaşı, aktrisa kimi də fəaliyyət göstərirdi.