Türkiyənin “Hepsi” qrupunun solisti Gülçin Ergül sevgilisi ilə birlikdə İzmir-İstanbul yolunda avtomobil qəzasına düşüb.
Yenicag.az xəbər verir ki, müğənninin biznesmen sevgilisi Erdal Şeyda Lafçının idarə etdiyi avtomobil Balıkesirdə TIR ilə toqquşub. Yük maşınına çırpılan nəqliyyat vasitəsi yolun kənarındakı dəmir arakəsməyə dəyərək dayanıb.
Qəza nəticəsində yüngül xəsarət alan müğənni xəstəxanaya yerləşdirilib. Gülçin Ergülün sevgilisi isə hadisə yerində həyatını itirib.
Hadisəyə yağışlı havada yolun sürüşkən olmasının səbəb olduğu bildirilib.
Bildirib ki, G.Ergülün hazırda vəziyyəti yaxşıdır, müalicəsini ambulator rejimdə davam etdirəcək.
Qəza sonrası sosial şəbəkədə ilk paylaşımını edən Gülçin sevgilisini mələk adlandırıb.
Qeyd edək ki, cütlük 6 illik münasibətlərini keçən yay açıqlamış və Tükiyənin İzmir şəhərində yaşamağa başlamışdılar.