Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı tədbirin sonunda Çanaqqalada şəhid olanların məzarını ziyarət edib.
Yeniçağ.az xəbər verir ki, nazir qonaqlar və diplomatik nümayəndələrlə birgə qəbirlərin üzərinə gül dəstələri qoyub.
Daha sonra türkiyəli nazir Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovun dəvətilə Çanaqqalada şəhid olan azərbaycanlıların qəbirlərini ziyarət edib. Məzarların üzərinə gül dəstələri qoyulub. Azərbaycan türkləri üçün qoyulan abidənin qarşısında xatirə şəkli çəkilib.
Yeniçağ.az xəbər verir ki, Nabi Avcı abidə önündə Çanaqqaladakı azərbaycanlı, ölkəmizdəki türk əsgərlərinin məzarlarının necə bir bağla bir-birimizə bağlı olduğumuzun göstəricisi olduğunu deyib: “Türkiyə ilə Azərbaycanın qardaşlığı bunun üçün sarsılmazdır. Bu qardaşlıq şəhid qanlarıyla yoğrulub və əbədidir”.
Yeniçağ.az