!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyəli nazir: "İslamiadada qazandığımız nəticələr çox önəmlidir"

!Reklam – Yazi

Türkiyənin Gənclər və İdman naziri Akif Çağatay Kılıç Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı açıqlama verib.

Yeniçağ.Az bildirir ki, dövlət məmuru açıqlamasında Azərbaycanın sözügedən yarışın öhdəsindən layiqincə gəldiyini bildirib.

Kılıçın sözlərinə görə, İslamiada olimpiya səviyyəli yarışlardan heç də geri qalmır:

“Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimini sizlər də izlədiniz. Qardaş ölkə İslamiadanı çox ciddi şəkildə keçirir. Hazırkı təşkilatçılığa nəzər salsaq, görərik ki, İslamiada olimpiadadan heç də geri qalmır. Fikrimcə, bu yarış keçirilmə səviyyəsinə görə Avropa Oyularından da fərqlənmir. Bildiyiniz kimi, V İslam Həmrəyliyi Oyunları İstanbulda keçiriləcək. Oyunlara Türkiyədən sonra ev sahibliyi etmək istəyən ölkələr imiclərinin daha da yüksələcəyini görəcəklər. Biz artıq indidən 2021-ci ildə keçiriləcək İslamiadanın hazırlıqlarına başlamışıq”.

Bundan başqa nazir Türkiyə idmançılarının “Bakı-2017″dəki çıxışlarını da dəyərləndirib:

“İdmançılarımız Bakıda ay-ulduzlu bayrağımızı dalğalandırmaqda davam edir. Hər gün qızıl medallar qazanan təmsilçilərimiz fəxri kürsünün ən yüksək pilləsinə çıxmağı bacarırlar. İslam Həmrəyliyi Oyunlarında çox böyük uğurla çıxış edirlər. Burada qazandığımız nəticələr çox önəmlidir”.

Yeniçağ.az

www.yenicag.az

892
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv