Türkiyəli nazir şəhid övladının əlindən öpdü – Azərbaycanda/VİDEO

Bu gün Bakı Ekspo Mərkəzində “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi keçirilib.

Yenicag.az xəbər verir ki, sərgidə iştirak edən Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan sərgidə iştirak edib. Nazir sərgidə xarici hökümət rəsmilərinin VİP turunda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı ilə şəhid ailələrinin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçılarının təqdim etdiyi stendə də baxıb.

Türkiyəli nazir şəhidlərimizin övladlarını diqqətlə dinləyib.

Mehmet Cahit Turhanın Azərbaycan şəhidinin qız övladının qarşısında əyilərək, əlindən öpməsi media nümayəndələrinin gözündən qaçmayıb.

Qeyd edək ki, tükrkiyəli nazir Mehmet Cahit Turhan “Bakutel-2019” 25-ci Yubiley Sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdədir.

Türkiyə İT şirkətləri beynəlxalq sərgidə milli pavilyonla təmsil olunur.