Türkiyənin kənd təsərrüfatı naziri, əslən Şanlıurfadan olan Əhməd Əşrəf Fakibaba Azərbaycan xalqını 18 oktyabr – dövlət müstəqilliyi günü münasibətilə təbrik edib.Yenicag.az xəbər verir ki, qardaş ölkənin naziri “twitter” hesabında Azərbaycan dilində paylaşdığı təbrik mesajında bunları qeyd edib:
“İki dövlət, bir millətik. Ətlə dırnaq kimiyik. Azərbaycanın müstəqillik gününü təbrik edir, qardaşlığımızın əbədi olmasını arzulayıram”.