Türkiyəli naziri: “Məhkəmə-hüquq sahəsində çox sayda qarşılıqlı yardım tələbləri olub”

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovla Türkiyənin ədliyyə naziri Yılmaz Tunc arasında görüş keçirilib.

Yenicag.az-ın Türkiyə bürosunun xəbərinə görə, görüş türkiyənin Ədliyyə Nazirliyində baş tutub.

Yılmaz Tunc Azərbaycan və türkiyə arasındakı münasibətlərə toxunaraq ədliyyə sahəsində əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə edib.

Nazir vurğulayıb ki, iki ölkə arasında məhkəmə-hüquq sahəsində çox sayda qarşılıqlı yardım tələbləri olub və bu tələblərə dərhal cavab verilib.

“Ədliyyə sahəsindəki əməkdaşlığın gəldiyi səviyyədən məmnunluq duyuruq”, – deyə nazir bildirib.

COP29