!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli nazirin təyyarəsi təcili eniş etdi - YENİLƏNDİ / FOTO

!Reklam – Yazi

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin də içində olduğu təyyarə təcili eniş edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” telekanalı məlumat yayıb.

Ankaradan Şırnaka uçan təyyarədə nazirlə yanaşı, millət vəkili Rizgan Birlik, nazir müavini Hadi Tunç da daxil olmaqla 8 nəfər olub.

Nazir Pakdemirlinin və təyyarədə olan hər kəsin vəziyyətinin yaxşı olduğu bildirilib.

Təyyarənin mühərrikdə yaranan problemə görə Malatyaya təcili eniş etdiyi qeyd edilib.

www.yenicag.az

374
Ads
www.veteninfo.com
!Reklam – Arxiv