Türkiyəli nazirinin xanımı qarət olundu

Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlunun xanımı Hülya Çavuşoğlu xoşagəlməz durumla qarşılaşıb.

Yenicag.az xəbər verir ki, Filippinə rəsmi səfərə gedən dövlət rəsmisinin həyat yoldaşının qızılları oğurlanıb.

Qardaş ölkə mətbuatının yaydığı xəbərə görə, hadisə Manila Beynəlxalq Hava Limanında baş verib. Hülya Çavuşoğlu evə dönən zaman qızıllarının yerində olmadığını görüb. Daha sonra sözügedən hava limanının rəhbərliyi oğruların tapıldığını, cinayətlərini də etiraf etdiklərini bildirib.

Qeyd edək ki, Hülya Çavuşoğlunun qızılları baqajdakı çemodanların birində olub.

Yenicag.az