!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin Baş naziri azərbaycanlı tələbələrlə görüşdü - Fotolar 

!Reklam – Yazi

Bu dəqiqələrdə Yunus Emre İnstitutunun təşkilatçılığı ilə Türkiyənin müxtəlif şəhərlərində həyata keçirilən yay məktəbinin bağlanış mərasimi keçirilir.

Yenicag.az xəbər verir ki, 3 həftəlik yay məktəbi proqramında 57 ölkədən 700 tələbə iştirak edib. Proqram çərçivəsində azərbaycanlı tələbələr də qardaş ölkənin müxtəlif universitetlərində türk dili dərslərinə qatılıb.

Görüşdə Baş nazir Binəli Yıldırım və mədəniyyət naziri Numan Kurtulmuş da iştirak edir.

Tədbirdə tələbələrin iştirakı ilə çəkilən video-rolik nümayiş etdirilib.

Qeyd edək ki, tədbirdə “Yeni Çag Azərbaycan Media Qrup”un türk bölümünün redaktoru  Aytək Yusifsoy da iştirak edir.

Yenicag.az

www.yenicag.az

1056
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv