Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Türkiyəli Ordu generalı: “Azərbaycanı öz torpaqlarını azad etməkdən heç nə çəkindirə bilməz”

“Onsuz da çox zəif olan Silahlı Qüvvələrini Rusiyanın idarəçiliyinə verməsi Ermənistanın himayəyə ehtiyacı olduğunun bariz göstəricisidir”.

Yenicag.Az-a açıqlama verən Türkiyə Quru Qoşunlarının sabiq komandanı, Ordu generalı Erdal Ceylanoğlu bildirib ki, Rusiya və Ermənistanın birgə ordu yaratmaq qərarı Azərbaycanın öz ərazilərini erməni işğalından azad etmək əzmini azalda bilməz:

“Əvvəla bunu qeyd etmək istəyirəm ki, xarici güclərin dəstəyi olmasaydı, Ermənistanın nəinki həmin əraziləri işğal etməsi, hətta o fikri ağlından keçirməsi də mümkün deyildi. Bu səbəbdən, Qafqaz regionunda müdafiəyə ən çox ehtiyacı olan ölkə Ermənistandır.

Onsuz da çox zəif olan Silahlı Qüvvələrini Rusiyanın idarəçiliyinə verməsi Ermənistanın himayəyə ehtiyacı olduğunun bariz göstəricisidir.

Ancaq bu vəziyyət Ermənistanın zəbt etdiyi Azərbaycan ərazilərini uzun müddət işğal altında saxlaya biləcəyi anlamına gəlmir.

Azərbaycana çoxsaylı səfərlərim zamanı dəfələrlə Qarabağ bölgəsinə getdim, qardaş ölkənin ordusundakı əzm və qətiyyəti gördüm. İnanıram ki, işğalçı Ermənistanın öz Silahlı Qüvvələrini Rusiyanın idarəçiliyinə verməsi Azərbaycanın ərazilərini işğaldan azad etmək qətiyyətini daha da artıracaq.

Bu prosesdə Rusiyanın da sağlam düşüncə ilə hərəkət etməsi vacibdir. Rusiyanın Ermənistan Silahlı Qüvvələrini öz nəzarətinə götürərək, onları təhrik etməsi bölgədə gərginliyi artırmaqdan başqa heç nəyə yaramayacaq.

Azərbaycan Silahlı Qüvvələrinin gündən-günə artan gücü və qətiyyəti beynəlxalq hüququn verdiyi imkanlarla öz ərazilərini işğaldan azad etməsi üçün artıqlaması ilə kifayət edəcək”.

Yenicag.Az

 

www.yenicag.az

385
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM