Türkiyə İnternet Media Birliyi (TİMBİR) və Balıkəsir Qəzeteçilər və Yazarlar Cəmiyyətinin təmsilçilərindən ibarət geniş heyət Azərbaycan-Türkiyə Evini ziyarət ediblər.
Yenicag.az xəbər verir ki, ATEV-in ofisində baş tutan görüşdə Azərbaycan-Türkiyə münasibətləri, xüsusilə, media və QHT sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları ətraflı müzakirə olunub.ATEV sədri Tənzilə Rüstəmxanlı qeyd olunan istiqamətlərdə əməkdaşlıq üçün geniş potensial olduğunu diqqətə çatdıraraq, onlardan səmərəli istifadə olunmasının zəruriliyini vurğulayıb.Tənzilə Rüstəmxanlı görüşdən sonra türkiyəli qonaqların şərəfinə ziyafət verib.