Reklam

Reklam

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda müasir Türkiyə poeziyasının tanınmış nümayəndəsi Sərvət Gürcanın “Sən eşqsən” kitabının təqdimatı və “imza günü” keçirilib.

Yenicag.az xəbər verir ki, Beynəlxalq Mahmud Kaşqari Fondunun AYB üzrə təmsilçisi, şair Elxan Zal Qaraxanlı kitabın AYB-in Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Ulu çinar” jurnalının xüsusi nəşri olduğunu söyləyib. Diqqətə çatdırıb ki, kitabdakı şeirlər şairlər İbrahim İlyaslı, Əfqan Nəzirli və Elvin Rüstəmov tərəfindən dilimizə uyğunlaşdırılıb.

Akademik Nizami Cəfərov kitabın böyük əhəmiyyət kəsb etdiyini bildirib, gələcəkdə qarşılıqlı şəkildə yeni layihələr həyata keçirilməsinin vacibliyini vurğulayıb. Milli Məclisin deputatı Fərəc Quliyev, Türkiyə Böyük Millət Məclisinin deputatı İlhan Aküzüm, yazıçı-dramaturqlar Firuz Mustafa, Elçin Hüseynbəyli, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, şairlər Zərəngiz Dəmirçi, Güləmail Murad və başqaları bu cür nəşrləri qarşılıqlı əlaqələrin daha da genişlənməsinə töhfə kimi dəyərləndiriblər.

Tədbirdə bədii qiraət ustası, Əməkdar Artist Əli Nur kitabdan seçmələr oxuyub.

Sonda Sərvət Gürcan tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, kitablarını öz imzası ilə oxuculara təqdim edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 630
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."