!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli şəhid övladlarının səfəri başa çatdı - FOTOLAR

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Nəsimi Rayon İcra Hakimiyyəti və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının birgə reallaşdırdığı layihə əsasında Türkiyə şəhid və qazi övladları Bakıda səfərdə olublar.

Yenicag.az xəbər verir ki, səfər çərçivəsində şəhid övladları müxtəlif tədbirlərdə iştirak edib, Bakı şəhərinin tarixi yerləri və muzeyləri ilə tanış olublar.

Qonaqlar Azərbaycan Respublikasının Milli Məclisində də olublar. Onlar “Heydər Əliyev Xatirə Zalı”nda olaraq Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş və hərtərəfli məlumat alıblar. Qonaqlara muzeydəki materiallar barədə məlumatlar verilib. Sonra onlar Milli Məclisin inzibati binası ilə yaxından tanış olublar.

YAP Nəsimi rayon təşkilatının inzibati binasında olan qonaqları rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı qarşılayıb. Məlahət İbrahimqızı qonaqlara Azərbaycan və Türkiyə münasibətləri və inkişaf yolundan danışıb:

“Türkiyə ilə Azərbaycan dili bir, dini bir qardaşdır. Biz hər zaman Türkiyəni yanımızda görmüşük. Türkiyə də Azərbaycanı daim yanında görüb. Beynəlxalq tədbirlərdə Azərbaycan olmayanda narahatlıq keçirmirik. Türkiyə də eynən. Çünki daim bir-birimizi müdafiə etmişik.

Azərbaycanın Qarabağ problemi olduğunu bilirsiniz. Bizim də çoxlu sayda şəhidlərimiz var. Şəhidlər və onların övladları bizim üçün dəyərdir. Siz şəhid övladlarını Azərbaycanda görmək və sizi qarşılamaq mənim üçün bir qürurdur”.

Daha sonra Respublika Velotrekində olan qonaqlar dünyada və Azərbaycanda velosiped idmanının tarixini özündə əks etdirən Velosiped muzeyi ilə tanış olub, Velotrekdə velosipedçilərin məşqini izləyib, həmçinin özlərinin velosiped sürmək bacarıqlarını nümayiş etdiriblər. Velotrekdən qonaqlar xoş təəssüratla ayrılıblar.

Dünən isə Türkiyədən Azərbaycana gələn qonaqlar öz ölkələrinə yola düşüblər.

www.yenicag.az

1936
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv