Xəbər verdiyimiz kimi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının və Bakı şəhər Nəsimi rayon icra hakimiyyətinin ortaq layihəsi çərçivəsində bir qrup türkiyəli şəhid və veteran ailərindən olan uşaqlar Azərbaycanada səfərdədirlər.
Yenicag.az xəbər verir ki, yanvarın 23-nə qədər Azərbaycanda səfərdə olan türkiyəli şəhid uşaqlarının səfər proqramının bugünki planlamasında ilk olaraq “Heydər Əliyev Mərkəzi”nə səfər təşkil edilib.
Burada Mərkəzdə olan eksponatlar, tarixi əşyalar və digər qiymətli materiallar haqqında uşaqlara məlumat verilib. Şəhid uşaqlarına Heydər Əliyevə aid xüsusi əşyalar, onun həyat və fəaliyyəti barədə geniş məlumat çatdırılıb.
Proqram daha sonra “Qala” tarixi qoruğuna təşkil ediklən ekskursiya ilə davam edib. Burada uşaqlara Qalanın və tarixi qoruq kimi formalaşdırılmış ərazisi, ərazidə olan abidə, tarixi əşyalar haqqında biliklər aşılanıb.
Uşaqlara qoruq ərazisindəki heyvanlar və qoruq daxilində olan digər eksponatlar barəsində məlumat verilib.
“Qala” qoruğundan sonra şəhid övladları “Zirə Mədəniyyət Mərkəzi” ilə tanış edilib. Burada yerləşən Heydər Əliyev büstünün önünə gül düzüldükdən sonra qonaqlara mərkəz, onun daxilində yerləşən fəaliyyət bölmələri haqqında məlumat verilib. Uaqlara mərkəzə aid şahmat klubunda oynamaq üçün şərait yaradılıb. Daha sonra mərkəzin bağı ilə tanış edilən uşaqlar, burada yetişdirilən nadir quş növləri ilə tanışlıq fürsəti əldə edib.
Daha sonra onlar uşaqlar üçün nəzərdə tutulmuş oyun meydançasında oynayaraq istirahət edib.
Səfərin sonunda uşaqlar üçün xüsusi şam yeməyi təşkil edilib.
Qeyd edək ki, Türkiyədən ölkəmizə gələn şəhid övladlarının səfəri yanvar ayının 23-nə qədər davam edəcək.