Reklam: High Technic
hightechnic

Türkiyəli tarixçidən Füzuli ilə bağlı ŞOK İDDİA – VİDEO

ahmet-shimshirgil-fuzuli-300x169Bu gecə Türkiyənin “Cine 5″ kanalında yayımlanan “Mədəniyyət və Tarix” verilişində dahi Azərbaycan şairi Məhəmməd Füzulidən söhbət açılıb. Osmanlı dövrünün müzakirə olunduğu proqramın qonağı Türkiyənin tanınmış tarixçisi, yazar, professor Ahmet Şimşirgil olub. Osmanlı dövründə rüşvətin tüğyan etdiyini vurğulamaq üçün aparıcı Füzulidən misal gətirərək onun məşhur “Salam verdim – rüşvət deyildir deyə almadılar. Hökm göstərdim – faidəsizdir deyə mültəfit olmadılar” beyti ilə başlayan “Şikayətnamə”sini göstərib. Bu zaman tarixçi alim istehza ilə Füzulinin Osmanlıda yaxşı tanınmadığını, daha doğrusu, “uğur və məşhurluq qazana bilmədiyini”, bu səbəbdən də “Osmanlı dövlətini pislədiyini” deyib. Hətta bunu məzhəb məsələsi ilə də əlaqələndirməyə çalışıb.

Həmçinin, alim Füzulinin bioqrafiyası ilə bağlı da maraqlı iddialar səsləndirib.

Adıçəkilən verilişdən həmin hissənin videosunu təqdim edir:(a24.az).

www.yenicag.az

120