!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyəli xanım müğənni: “Motor yağı satmışam” – VİDEO

!Reklam – Yazi

unnamed-12“Sevgilim var, ürəyim doludur”

ARB TV-nin “Türk şou-maqazin” verilişinin qonağı olan türkiyəli müğənni Beyza Durmaz maraqlı açıqlamalar verib.

Sevilən ifaçı çox sevilən mahnısından danışıb:
“Yeni mahnım işıq üzü gördü. “Nə etdim” adlanır. Özüm-özlüyümdə düşündüm ki, bunu etsəm, gün gələr “nə etdim” deyə bağıraram. Ona görə də bunu mahnını halına saldım. Bu mahnıda içimdəki coşğunu üzə çıxarmağa çalışmışam. Hiss etdiyim hisslərə görə mahnılarımı hazırlayıram. İnsanlara enerji verməyi sevirəm”.

İfaçı bəd-nəzərə inanması barədə açıqlama verib: “Üzərində gözmuncuğu olan açarlığım var idi. O qırıldı. Bir az inanıram. Enerjiyə inanıram. Hər formada o enerjilər insana təsir edir. Həmin insanlardan uzaq gəzirəm. Özümü enerjidə saxlamaq üçün idmanla məşğul oluram. Tez-tez edə bilməsəm də edirəm. Həyata pozitiv baxmağa çalışıram. Xoşbəxt olmağa çalışıram”.

Beyza Durmaz yaradacılıq həyatından da bəhs edib:
“Yeni mahnı üzərində işləyirik. Bir neçə ay sonra işıq üzü görəcək. Yeni mahnının işləri çox yorur. Mən Polad Bülbüloğlunun “Gəl ey, səhər” mahnısını oxumuşdum. Bu mahnını oxuyub, öyrənmək çox zamanımı almadı”.

Məşhur müğənni şəxsi həyatına da toxunub:
“Sevgilim var. Ürəyim doludur. Ayrılıqlarda və üzüntülü anlarımda yazıram. Xoşbəxt anlarımda çox yazmıram. Mənim çox gizli tərəfim yoxdur. İş həyatım çox bilinmir. Keçmişdə motor yağı satmışam, ingiliscə dərsi demişəm”.

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv