Türkiyən MMN Azərbaycan xalqını təbrik etdi – FOTO

Türkiyənin Milli Müdafiə Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Yenicag.az xəbər verir ki, nazirliyin rəsmi “Twitter” səhifəsində edilən paylaşımda deyilir:

“Tək Vətən Hərəkatı” ilə işğal edilmiş torpaqlarını azad edən və türkün gücünü bütün dünyaya göstərən Azərbaycan türkü qardaşlarımızı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirik.

Türkiyə və Azərbaycan tək millət, iki dövlət olaraq bir və bərabər olmağa davam edəcək”.