“Türkiyəni Avropanın “qaz qapısı” statusundan mərhum etmək istəyirlər” – Ekspert

 

turkiye_avrupadan_dogalgaz_almak_istiyor_1458215275_2304Zəfər Vəliyev: “Türkiyədə sabitliyin uzunmüddətli pozulması Rusiyanın enerji siyasətinə tam olaraq sərfəlidir”

“İyulun 16-sı gecə Türkiyə Cümhuriyyətində baş verən hərbi çevrilişə cəhd hadisəsi qlobal neft bazarlarına təsir edə bilmədi. Nədən ki, qlobal neft tədarükünün 3%-i Türkiyənin hüquqi nəzarətində olan Bosfor boğazı vasitəsilə həyata keçirilir. Habelə, Rusiya və Xəzər regionunda  hasil edilən karbohidrogen ehtiyatlarının bir hissəsi Qara dəniz limanları vasitəsilə Bosfor boğazından keçərək qlobal fiziki bazarlara ( məxsusən də Avropa müştəri bazarlarına) tədarük edilir”.

axar.az1397046587Zefer-VeliyevBu sözləri Yenicag.az-a açıqlamasında neft məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev bildirdi: “Məsələ ondadır ki, Türkiyədə yaşanan hadisələr ölkənin beynəlxalq reputasiyasına xələl gətirməklə yanaşı, qardaş ölkənin investisiya mühitinə ağır təsir göstərəcəkdir. Ən təhlükəlisi isə ondadır ki, Türkiyə üzərindən geniş beynəlxalq siyasi dəstək qazanmış qaz layihələri ciddi təhdid altına düşə bilər. Təbii ki,  son hadisələrlə bağlı dünyanın siyasi paytaxtlarında Türkiyədən hesab istəyəcəklər. Ən pisi odur ki, Türkiyə dövlət olaraq Avropanın neft-qaz qapısı statusundan mərhum olmaq təhlükəsi ilə üzləşə bilər. Bunu qarşıdakı günlərdə mütləq müşahidə edəcəyik.

Narahatçılıq doğuran əsas məsələ Türkiyə üzərindən gerçəkləşən qaz layihələrinin gələcəyidir. Bu gün Türkiyədə yaşananlar Azərbaycanın da maraqlarına ziddir.Həm Rusiya , həm də Avropa KİV-də yer alan yazılar belə fikir yürütməyimizə əsas yaradır. Əsasən də Rusiya KİV-i iddia edir ki, Türkiyədə yaşanan son hadisələr “Türk axını” layihəsinə yeni impuls vermiş oldu. Əslində bu belədirmi? Təbiiki belə deyil!

Türkiyədə sabitliyin uzunmüddətli pozulması Rusiyanın enerji siyasətinə tam olaraq sərfəlidir. Ona görə ki, Türkiyədə kəsgin qarşıdurmanın daha da dərinləşməsi və bu fonda siyasi böhranın davam etməsi Rusiyanın Avropaya yönəlik qaz ixracı siyasətilə bağlı strategiyasına yüzdə-yüz cavab verir. Biranlığa fikirləşək ki, Türkiyədə böhran dərinləşir,demokratik dəyərlər təhdid altına düşür və bu fonda ABŞ və Aİ-nın prioritet saydığı “Cənub Qaz Dəhlizi” layihəsinin davam etdirilməsi mümkün olmur. Sonda İranın Türkiyə ixrac güclərindən istifadə edərək Avropaya qaz tədarükü planı və eyni zamanda türkmən boru kəmər qazının “Transxəzər” layihəsi vasitəsilə “Cənub Qaz Dəhlizi “nə birləşməsi planı baş tutmur. Rusiya isə 2019- cu ildə Ukrayna ilə qaz tranzitinə dair sazişin müddətini uzatmaqdan imtina edir. Onda Avropanın hansı təhlükə ilə üzləşməsini izah etməyə ehtiyac qalmır. Belə olan halda sonda Avropa “Qazprom”un diqtəsilə barışaraq “Şimal axını-2” layihəsinin gerçəkləşməsinə boyun əyir. Nəzərə almaq lazımdır ki, rusların adıçəkilən layihəsinə Avropada kifayyət qədər lobbiçilik edən dövlətlər və siyasi xadimlər var. Sonda Rusiya Türkiyədə baş verənlərdən istifadə edərək Avropanın sabit ödəmə qabiliyyətli fiziki bazarlarını öz cənginə alır. Qardaş ölkədə gərginliyin davam etməsi fonunda itirən isə yenə də Türkiyə olur. Türkiyə belə davam edərsə Avropanın “qaz qapısı” statusundan mərhum olacaq”.

ELÇİN